Gürcüstanda aksiyada 133  nəfər saxlanıldı
    • 9-03-2023, 11:03
    • 259

Gürcüstanda aksiyada 133 nəfər saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisidə martın 7-8-i keçirilən etiraz aksiyaları zaman 133 nəfər saxlanılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “xarici agentlər” haqqında qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, daha əvvəl aksiya zamanı 76 nəfərin saxlanıldığı məlum idi. Aksiyada 10 minə qədər insanın iştirak etdiyi güman edilir. 

Qumral Əliyeva