Şəmkirdə ailələr arasında mübahisə düşüb, xəsarət alanlar var
    • 11-03-2023, 22:57
    • 220

Şəmkirdə ailələr arasında mübahisə düşüb, xəsarət alanlar var

Şəmkirdə ailələr arasında mübahisə düşüb, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Şəmkir rayonu, Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakinləri, 1996-cı il təvəllüdlü C.Şahbazov, 1997-ci il təvəllüdlü B.Şahbazov, 1960-cı il təvəllüdlü A.Sədirov, 1970-ci il təvəllüdlü A.Sədirov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib və palataya köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.