Şəmkirdə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var
    • 28-09-2022, 18:54
    • 292

Şəmkirdə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bir neçə avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

News24.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar - 2003-cü il təvəllüdlü R.Məmmədəliyev, 1989-cu il təvəllüdlü Q.Hüseynov, 1994-cü il təvəllüdlü O.Quliyev, 1992-ci il təvəllüdlü V.Rüstəmli və 1996-cı il təvəllüdlü R.Haqverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.