Qayıq batdı, 22 nəfər həyatını itirdi
    • 13-03-2023, 08:53
    • 225

Qayıq batdı, 22 nəfər həyatını itirdi

Madaqaskarda miqrantları qeyri-qanuni daşıyan qayıq batıb.

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə nəticəsində  22 nəfər vəfat edib.

Yerli mətbuatın məlumatına görə, qayıq ölkənin şimalındakı Nosi-Fali adasının yaxınlığında batıb.

Bildirilir ki, hadisə zamanı 23 nəfər xilas edilib. İtkin düşən 2 nəfərin axtarışları davam edir.