Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər həyatını itirib.
News24.az Tunisin rəsmi xəbər agentliyi TAP-ın Hərbi Dəniz Qüvvələrindəki mənbəyə istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Safakes sahillərində bir qayığın batması nəticəsində axtarış-xilasetmə işlərinə başlanılıb.
Bildirilib ki, qrupların işi nəticəsində 44 nəfər xilas edilib, 4 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
İtkin düşən 10 nəfərin tapılması üçün işlərin aparıldığına diqqət çəkən açıqlamada qeyri-qanuni miqrantların hamısının Tunisli olduğu bildirilib.