Bakı-Qazax magistralında ağır qəza – Yol kənarında dayananlar dəhşət yaşadı
    • 13-03-2023, 10:20
    • 221

Bakı-Qazax magistralında ağır qəza – Yol kənarında dayananlar dəhşət yaşadı

Ötən gecə saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi magistralının Goranboyun Borsunlu kəndindən keçən 328-ci kilometrliyində dəhşətli hadisə baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Abbasov Abbas Taryel oğlu idarə etdiyi “Mercedes E220D” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yolun sağ kənarında dayanmış “Mercedes CLS 63” markalı və “Toyota Rav-4” markalı avtomobillərin sol yan tərəfindən, daha sonra avtomobillərin yanında olan piyadalar İsgəndərov Ayxan Qabil oğlu və Hüseynov Rəşad Rəşid oğlunu vurub.

Nəticədə Ayxan İsgəndərov Gəncə şəhər xəstəxanasında ölüb.

Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Taleh Bağırov