Bakıda ağır qəza - ÖLƏN VAR
    • 3-01-2020, 13:30
    • 804

Bakıda ağır qəza - ÖLƏN VAR

Bakı şəhər sakini “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Daxili İşlər Nazirliyindən News24.az -a verilən məlumata görə, yanvarın 2-də saat 8 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.