"Qarabağda etnik ermənilərin narazılığı artacaq"
    • 13-03-2023, 10:48
    • 233

"Qarabağda etnik ermənilərin narazılığı artacaq"

"92-ci gündür ki, Qarabağa gedən yol əvvəlki qayda ilə işləmir".

News24.az xəbər verir ki, bu barədə Ardarutyun partiyasının İcraiyyə Komitəsinin sədri Arşak Abramyan deyib. O, bildirib ki, onların Ermənistanla dəhliz vasitəsilə olan əlaqələrinin zəifləməsi ciddi sosial problemlərə yol açıb.

"Sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə sosial ədalətsizlik rekord həddə çatıb. Minlərlə erməni işini itirib. Onların gəlirlərinın azaldığı halda bəzi iş adamları Xankəndi rejimi və vətəndaşların hesabına külli miqdarda gəlir əldə edirlər".

O qeyd edib ki, əgər qondarma rejimin rəhbərliyi belə idarəçiliklə eyni məcrada davam etsə, etnik ermənilərin narazılığı artacaq və partlayış həddinə çatacaq.

Aynurə