Ukraynada uydurma erməni soyqırmı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb olub
    • 17-11-2018, 12:44
    • 908

Ukraynada uydurma erməni soyqırmı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb olub

Ukraynanın Sumı şəhərinin mərkəzi Qorkovo küçəsində erməni lobbisinin uydurma soyqırımı ilə bağlı abidə qoyaraq açılış etmə cəhdi vilayətdə etnik gərginliyə səbəb olub.

Ermənilərin noyabrın 18-də açılışına hazırlaşdığı “xaçkar” (xaç daşı) üslüblü abidə şəhərin mərkəzində Çernobil meydanında yerləşir.
Şəhər meriyasından şöbə səviyysində yerləşdirilməsinə icazə verilən abidə Sumı şəhər arxitektura idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin şəhər şöbəsinin ciddi etirazına səbəb olub. Arxitetktura idarəsi abidənin yerləşməsinin ciddi qanun pozuntusu olduğunu, təhlükəsizlik şöbəsi isə bunun artıq Ukraynanın Rusiya ilə sərhədində yerləşən bir şəhərində etnik qarşıdurmaya yol açdığını bildirib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayəti üzrə sədri Mehriban Salmanova “Reporta” bildirib ki, artıq hər iki qurumdan onlara zəng edərək bildiriblər ki, bu abidə qanunsuzdur, etnik zəmində iğtişaşa yol açır və çalışacaqlar ki, açılışı baş tutmasın: “Biz artıq digər türkdilli cəmiyyətlər ilə birgə etirazımızı şəhər rəhbərliyinə və təhlükəsizlik xidmətinə də bildirdik. Bunu ermənilər olduqca xəlvəti, səssiz və meriyanın hansısa şöbəsindən saxta yolla razılıq əldə edrək ediblər. Artıq yüksək səviyyəli rəsmi qurumlar belə bir uydurma mənanı özündə ehtiva edən abidənin istər şəhər infrastrukturu, istərsə də bölgənin təhlükəsizliyi baxımından qəti yolverilməz olduğunu bildiriblər. Rəsmi qurumlar artıq araşdırmaya başlayıb. Mən onlara da açıq dedim. Əgər bu baş tutsa biz də elə gələn həfətədən rəsmi müraciət edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı düz şəhərin mərkəzində abidə ucaltmaq istəyirik. Görüm qadağan edə bilcəklərmi?! Əks halda burada ciddi çaxnaşma düşəcək!”-deyə, M. Salmanova vurğulayıb.

//Report