-
- 20-08-2020, 17:44
- 1 687
Gəncəni vurmaq ermənilərin NÖVBƏTİ XÜLYASIDIR – Ordumuz bütün təxribatlara hazırdır - DEPUTAT
“Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürməsi ermənilərin müəyyən bir təxribat planlarının içində yer alan məsələdir”.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycan ordusu düşməni təxribat törətməsinə peşman edəcək gücdədir: “Hər hansı bir şəkildə ermənilərin hücumu onların məğlubiyyəti və darmadağın olması ilə nəticələnəcək. Bunu özləri də yaxşı bilir. Bu cür hədələr Azərbaycan üçün indiki vəziyyətdə keçərli deyil.
Azərbaycan hər bir hücuma cavab verməyə hazırdır. Bu, ermənilərin daxili auditoriyalarına özlərini güclü və bizdən üstün göstərmək üçün istifadə etdiyi təbliğat vasitələrindən biridir. Qondarma rejimin başçısının iddiası mənası və əsası olmayan bir söz yığınıdır”.
Məhərrəm Əliyev