Saxtakar polis xalq artistinin kürəkəninə 30 min "atıb" - FOTO
    • 1-02-2019, 18:15
    • 1 169

Saxtakar polis xalq artistinin kürəkəninə 30 min "atıb" - FOTO

Bakıda dələduzluqla məşğul olan saxta polis üzə çıxıb.

Bu barədə yerli mətbuata zərərçəkmiş vətəndaşlardan Ruslan Nəsibli müraciət edib.
Nəsiblinin sözlərinə görə, özünü polis kapitanı kimi təqdim edən Əhmədov Kənan Böyükağa oğlu insanların inamından sui-istifadə edərək, onların pulunu dələduzluq yolu ilə mənimsəyir.
İddiaya görə, zərərçəkənlər arasında Azərbaycanın xalq artisti Alim Qasımovun kürəkəni də var. Əhmədov Kənan xalq artistinin kürəkənini işə düzəltmə adı ilə aldadaraq ondan 30 min manat pul alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verərək, zərərçəkmiş vətəndaşların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edib.

//YenicagAz