-
- 16-07-2018, 16:33
- 1 521
Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə “Ermənistanın əsir və girov götürdüyü uşaqların əməyinin istismarı və orqan transplantasiyasına dair film çəkilişi” layihəsini həyata keçirməyi planlaşdırır.
News24.az xəbər verir ki, layihənin məqsədi erməni vəhşiliyinin qurbanı olmuş, əsir və girov götürülmüş, fiziki, cinsi və psixoloji zorakılığa məruz qalmış uşaqlar haqqında sənədli filmin çəkilişidir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundova məktubla müraciət edərək layihə barədə məlumat verib.
Layihənin icrası, ssenarinin müzakirəsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə yaradıcı heyətin görüşü keçirilib. Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov, Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev, Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, yaradıcı heyətin üzvləri-layihənin rejissoru Sahil Nəzərov və ssenari müəllifi Hafiz Eynullayev iştirak edib. Görüş iştirakçıları filmin ssenarisini müzakirə edərək filmdə əsasən hüquqi sənədlərə istinad, Ermənistanın Azərbaycan Respublikasına, onun dinc sakinlərinə, qadın və uşaqlara qarşı törətdiyi fiziki, psixoloji zorakılığın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən bəhs ediblər.