“Qarabağ” – “Qalatasaray” matçı bu tarixdə keçirilə bilər
    • 13-03-2023, 16:40
    • 194

“Qarabağ” – “Qalatasaray” matçı bu tarixdə keçirilə bilər

“Qarabağ” və “Qalatasaray” arasında dostluq matçı martın 26-da keçirilə bilər. Bu barədə “Qafqazinfo” klubun idman direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, tam dəqiqləşməsə də, qarşılaşmanın martın 26-sı saat 20:00-da keçirilməsi planlaşdırılır.

News24.az xəbər verir ki, oyun Bakı Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, bu matçdan gələn gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrə göndəriləcək.