Mahir Emreli:
    • 13-03-2023, 18:23
    • 263

Mahir Emreli: "Ailəlikcə türkcə danışırıq”

Türkiyənin "Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli qonşu ölkənin mətbuatına açıqlamalar verib.

News24.az xəbər verir ki, 25 yaşlı hücumçu "Giresunspor”la matçda (0:0) yeni komandasında debütü barədə fikirlərini bildirib. O, qələbə qazanmadıqları üçün təəssüfünü gizlətməyib:

"Yeni oyunçularla ilk matçımız idi. Çox istəyirdik ki, qalib gələk. Bu, meydanda görünürdü. Müdafiədə oturmadıq, hücum etdik. Deməli, bu mübarizə və oynadığımız futbol qələbə üçün kifayət deyilmiş”.

Növbəti tur "Qalatasaray”la qarşılaşacaq "Konyaspor”un forvardı tez, ya gec qələbələrin olacağını deyib:
"Daha çox mübarizə aparıb, hücumda daha kreativ olmalıyıq. Əlbəttə, çatışmazlıqlarımız var. Amma bunların üstünə getməliyik. Tez, ya gec qələbə və qollar gələcək”.

Müsahibə zamanı axıcı türkcə danışan M.Emreli ailə daxilində türk dilində danışdıqlarını söyləyib:
"Onsuz da türkəm. Bunu deməyimə ehtiyac yoxdur. Ailəlikcə türkcə danışırıq”.

Son 9 oyunda qələbəyə həsrət qalan "Konyaspor” son 5 görüşdə qol da vurmayıb. 23 matçda topladığı 28 xalla 9-cu olan komanda martın 17-də "Qalatasaray”ı qəbul edəcək.//azxeber.com