Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur.
News24.az xəbər verir ki, Xalq yazıçısı Qaynarinfo-ya yubiley arzusunu açıqlayıb. Anar müəllim deyir ki, həyatda bir arzusu var:
"Yaşamaq... Allah mənə can sağlığı versin. 105 il ömür yaşamaq istəyirəm”.
O, indiyədək Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı, Azərbaycan Respublikasının Xalq yazıçısı, "İstiqlal", "Şöhrət", "Şərəf" ordenləri, Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un "Şərəf", "Üzeyir Hacıbəyli" medalları ilə təltif edilib.