-
- 14-03-2023, 12:28
- 252
Təbiətə 23 mindən çox ziyan vuruldu
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.
Belə ki, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23 min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.