“Qarabağ” “Sumqayıt”a, “Sabah” “Zirə”yə qarşı
    • 15-03-2023, 10:26
    • 163

“Qarabağ” “Sumqayıt”a, “Sabah” “Zirə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.
“Zirə” isə doğma meydanda liderin əsas izləyicisi “Sabah”la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart


“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”, 18:00.

“Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.