Nazir belindəki silahla görüntüləndi: "Özümü və ailəmi qoruyuram"
    • 15-03-2023, 10:30
    • 12 469

Nazir belindəki silahla görüntüləndi: "Özümü və ailəmi qoruyuram"

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro ölkə daxilində rəsmi səfəri zamanı belində silahla görüntülənib.

News24.az xəbər verir ki, külək Ziobronun gödəkçəsini qaldırarkən belindəki “Glock” markalı silah diqqət çəkib.

Görüntülər sosial mediada yayıldıqdan sonra nazir açıqlama verib. O, bir cinayət təşkilatının lideri tərəfindən təhdid oldunduğu üçün lisenziyalı silah gəzdirdiyini deyib: “Hər bir vətəndaş kimi mənim də özümü və ailəmi qorumaq hüququm var”.