"WhatsApp"-ın  ilk uğursuzluğu: Bu funksiya işləmir!
    • 15-03-2023, 12:18
    • 191

"WhatsApp"-ın ilk uğursuzluğu: Bu funksiya işləmir!

"WhatsApp"-ı bu qədər populyar edən proqramdakı daimi yeniləmələr və təkmilləşdirilməsidir.

News24.az xəbər verir ki, istifadəçilərinin istəyini nəzərə alan "WhatsApp" bu dəfə uğursuzluqla üzləşib. 

İstifadəçilərin tələblərindən biri orijinal keyfiyyətli fotoşəkilləri qarşı tərəfə göndərməklə bağlı olub. 

Bununla bağlı işlərə başlayan şirkət keyfiyyəti itirmədən qarşı tərəfə fotoşəkillər göndərməyə imkan verən funksiyanı aktiv edib. 

Lakin funksiya şirkətin ümidlərini doğrultmayıb.

Yenilik  “Avtomatik, ən keyfiyyətli və məlumatlara qənaət” seçimlərindən istifadə etməklə mümkün qədər keyfiyyətli fotoşəkil göndərilməsini hədəfləyib. Beləliklə, “Ən yaxşı keyfiyyət”i seçsəniz fotonun əsli qarşı tərəfə orijinal ölçüdə göndərilir.

Yoxlamalar zamanı isə "WhatsApp"-da seçilmiş keyfiyyətli fotoşəkili göndərərkən belə faylı sıxmağa və keyfiyyəti azaltmağa davam etdiyi bəlli olub. 

Şirkətin vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.

Tezliklə yeniləmə ilə problemin aradan qalxacağı gözlənilir. /Haber Global/

Teymur MƏMMƏDOV