-
- Bu gün, 10:47
- 671
HAZIR OLUN! Azərbaycana son 30 ilin ən sərt qışı GƏLİR
“Quraqlığın sonu gəlir, növbəti illər daha yağıntılı və sərt qış müşahidə edəcəyik”.
Bu sözləri AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında deyib.
“Klassik qışı yaşadığımız dövrlərdə yollar tutulurdu, həftələrlə işə piyada gedib gəlirdik. Qar həddindən artıq çox olurdu və s. Təbii ki, bu, 70-ci illərin xatirəsidir. Ehtimal edirəm ki, hava şəraiti kainatda baş verən bir çox hallar kimi periodik hadisə olduğuna görə həmin dövrlər yenidən yaxınlaşır, hazırlıqlı olmaq lazımdır. Kəskin soyuq və yağıntı nəticəsində Xəzərin də sahilləri yenidən öz yerinə qayıdacaq, sular artacaq. Birinci dəfə idi ki, 20-30 il ərzində biz dekabr ayında qar gördük. Havalar da artıq sərtləşməyə başlayıb. Dağlarda da artıq qar xətti aşağı enməkdədir”.
Ənvər Əliyev qeyd edib ki, proqnoz olunan soyuq və bol yağıntılı keçəcək qış Azərbaycanda bir sıra problemləri həll edə biləcək. Elə ona görə də bu, arzuolunandır.