Fəridlə bağlı araşdırma gedir: İstanbula qayıdıbmı?
    • 15-03-2023, 14:46
    • 275

Fəridlə bağlı araşdırma gedir: İstanbula qayıdıbmı?

Təxminən bir saat əvvəl yaşadığımız Passau şəhərinin polis idarəsində idim və oğlumla bağlı məndə olan bütün məlumatları onlara verdim. Materiallar oğlumun yaşadığı, təhsil aldığı Yena şəhərinin polis idarəsinə göndərildi.

News24.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İranda itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O, oğlunun axtarışının davam etdirildiyini bildirib:

“Yena Polis İdarəsi oğlumun dostlarını, onun otaq yoldaşlarını dindirəcək, universitetdə araşdırma aparacaq. Eyni zamanda Türkiyənin “Peqasus” aviaşirkətinə Fəridin təyyarəyə minib-minmədiyi haqqında sorğu göndəriləcək. Çünki oğlumun 6 martda gəlməli olduğu Tehran-İstanbul-Berlin reysini “Peqasus” yerinə yetirib. Digər tərəfdən polis idarəsindən oğlumun İstanbulda enmə ehtimalının da olduğunu bildirdilər. Əgər aviaşirkət Fəridin təyyarəyə minmədiyini və İstanbulda enmədiyini təsdiqləsə, sonrakı mərhələdə İranın Almaniyadakı səfirliyinə müraciət ediləcək”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi martın 9-da Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib