Millimizin oyunu üçün bütün biletlər satıldı
    • 16-03-2023, 11:27
    • 234

Millimizin oyunu üçün bütün biletlər satıldı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür.

News24.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılmış biletlərin artıq hamısı satılıb.

Bu barədə Avstriya Futbol Assosiasiyasının saytı məlumat yayıb. “Rayffayzen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılmışdı.

Xatırladaq ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.