“Qəbələ”nin meydançasının adı dəyişdiriləcək
    • 17-03-2023, 18:03
    • 255

“Qəbələ”nin meydançasının adı dəyişdiriləcək

"Qəbələ” yeni sponsoru "EUROCLİMA” ilə anlaşdıqdan sonra klubda bir sıra dəyişikliklər həyata keçiriləcək.
 
News24.az xəbər verir ki, bu barədə klubun PR, Media və Marketinq Meneceri Anar Hacıyev məlumat verib. O, yeni sponsorla müqavilə imzalama mərasimində sponorun adının meydançaya veriləcəyi, həmçinin əsas meydançada bannerlər yerləşdiriləcəyini də deyib.

"Formadan əlavə əsas meydançamızda şirkətin adı olan bannerlər yerləşdiriləcək. Standart məşq meydançalarımızdan birinə "EUROCLİMA” adı veriləcək. Orada olan məşqlər işıqlandırılacaq və futbol ictimaiyyətinə çatdırılacaq. Bundan əlavə "Qəbələ”nin saytında bannerlər yerləşdiriləcək. "Qəbələ” Futbol Akademiyasının və İdman Klubunun rəsmi səhifələrində müxtəlif layihələrimiz olacaq”.//qaynarinfo.az