Qozun möcüzəvi faydaları: Bu xəstəlikləri aradan qaldırır...
    • 18-03-2023, 12:28
    • 448

Qozun möcüzəvi faydaları: Bu xəstəlikləri aradan qaldırır...

Qozun insan sağlamlığına faydaları saymaqla bitmir. Xüsusilə qozu suda islatmaqla yeməyin bir çox faydası var.

Axşam qozu bir stəkan suyun içinə qoyub bir gecə saxlamalısınız.
Qoz suyunun xolesterolu aşağı saldığı və qəbizliyi aradan qaldırdığı bilinir. Bu su həm də arıqlamağa kömək edir. Qoz suyu həm də menstruasiya pozğunluğu problemi olan qadınların bu dövrü daha asan adlamasına kömək edir.

Qozun hamiləlik dövründə qadınların ən çox şikayəti olan həddindən artıq çəki artımının da qarşısını aldığı bilinir.
Süd verən analar da qoz şirəsindən istifadə edərlərsə, qoz suyunun tərkibindəki vitaminlər süd vasitəsilə körpəyə keçir. Beləliklə, körpələr bir çox lazımlı vitaminləri təbii olaraq anadan alırlar.

Qoz suyu tərkibindəki vitaminlər sayəsində beynin funksiyalarını gücləndirir və sonrakı yaşlarda Alzaimer kimi çətin xəstəliklərə tutulma riskini azaldır. Digər tərəfdən tiroid tarazlığını tənzimlədiyi üçün tiroid problemi olan insanlar qoz suyunu rahatlıqla qəbul edə bilərlər.