-
- 18-03-2023, 16:11
- 522
Rus ordusu 6 istiqamətdə hücuma keçdi
Ukrayna müdafiə qüvvələri Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində Rusiya ordusunun 100-dən çox hücumunu dəf edib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ötən sutka ərzində düşmənin əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq cəhdləri olub. Bu məqsədlə işğalçılar əsas səylərini Liman, Baxmut, Avdiv, Liman, Marin, Şaxtyor və digər ərazilərdə hücum əməliyyatları keçirməyə yönəldiblər. Müdafiəçilərimiz koordinasiyalı və peşəkar şəkildə müəyyən olunmuş istiqamətlərdə düşmənin 100-dən çox hücumunu dəf ediblər”, - məlumatda deyilir.
Ukrayna ordusunun aviasiyası gün ərzində Rusiyanın canlı qüvvələrinin cəmləşdiyi 6, raket qoşunları və artilleriya bölmələri isə 2 əraziyə və hava hücumundan müdafiə vasitələrinin yerləşdirildiyi 1 mövqeyə zərbələr endirib.