Suriyanın qərbində baş verən iğtişaşlar nəticəsində ölənlər var

Suriyanın qərbində baş verən iğtişaşlar nəticəsində ölənlər var Dünya

Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar zamanı azı üç nəfər həlak olub, 55 nəfər yaralanıb.

News24.az bu barədə "Syria TV"yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, ölkənin yeni hökumətinin təhlükəsizlik qüvvələrinin bir üzvü ölənlər arasında olub.

Ölkənin Daxili İşlər Nazirliyi Suriyanın Latakiya əyalətində keçirilən etirazlar zamanı naməlum şəxslərin hücumları nəticəsində bir neçə təhlükəsizlik işçisinin yaralandığını bildirib.

Məlumata görə, keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə əlaqəli şəxslər nümayişlər zamanı Latakiya və Cəblə şəhərlərində daxili təhlükəsizlik idarəsinin üzvlərinə hücum ediblər. Daxili İşlər Nazirliyinin "Telegram" kanalında verilən açıqlamaya görə, hücumlar nəticəsində bir neçə zabit yaralanıb və nəqliyyat vasitələrinə ziyan dəyib.