ABŞ Ərdoğanın qərarını dəstəklədi
    • 18-03-2023, 17:18
    • 234

ABŞ Ərdoğanın qərarını dəstəklədi

ABŞ Finlandiyanın NATO-ya üzvlük müraciətinin Türkiyə parlamentdə ratifikasiya prosesinə başlamaq qərarını alqışlayıb.

News24.az  xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama verib.

"Birləşmiş Ştatlar Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi barədə açıqlamasını alqışlayır və bu prosesin ən qısa zamanda yekunlaşmasını gözləyir, - ABŞ rəsmisi deyib.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü də təsdiq etməsini istədiklərini söyləyən Sallivan Macarıstanı həm Finlandiya, həm də İsveç üçün təsdiq prosesini gecikdirmədən tamamlamağa çağırıb.