Ekvadorda güclü zəlzələ baş verib
    • 18-03-2023, 23:17
    • 417

Ekvadorda güclü zəlzələ baş verib

Ekvadorda 6,7 bal maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 6,9 bal gücündə olduğunu bildirmişdi.