İran XİN başçısı Moskvaya səfər edəcək
    • 19-03-2023, 16:19
    • 535

İran XİN başçısı Moskvaya səfər edəcək

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək.

Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün keçirdiyi mətbuat konfransında deyib.

Qərbin Ukraynaya 14 milyard ABŞ dolları dəyərindən çox silah verdiyini xatırladan Hüseyn Əmir Abdullahian bildirib ki, Krımın və yeni bölgələrin Ukraynadan ayrılmasını tanımırlar. Onun sözlərinə görə, İran sülh və dialoq tərəfdarıdır, Ukraynada müharibəni dayandırmağa çalışırlar: “Rusiyalı həmkarımın dəvəti ilə gələn həftə ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi üçün Moskvaya səfər edəcəyəm. Bu xüsusda diplomatik kanallarla Ukrayna tərəfi də məlumatlandırılıb”. /APA/