Qurban Qurbanov dünya reytinqində mövqeyini qoruyub

Qurban Qurbanov dünya reytinqində mövqeyini qoruyub İdman
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

News24.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının da yeri dəyişməz qalıb. O, 1627 xalla 175-ci yerdədir.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) da ilk “üçlük”də qərarlaşıb.