Azərbaycanda mobil operatorlar nə qədər gəlir əldə edib?
    • 20-03-2023, 13:51
    • 824

Azərbaycanda mobil operatorlar nə qədər gəlir əldə edib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % artaraq 459,3 milyon manata çatıb.

Bu barədə News24.az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, xidmətlərin 71,2 %-i əhaliyə göstərilib.

Xidmətlərdən əldə edilən gəlirin 37,8 %-i və yaxud 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlardan 3-ü ("Azercell", "Bakcell" və "Azərfon") bütün ölkə, 1-i ("Naxtel") isə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərir.