Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat edib
    • 20-02-2023, 09:48
    • 196

Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat edib

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.

Allah rəhmət eləsin!