Köhnə ulduz axışı... - Mir Şahin Oktay Əliyevdən yazdı
    • 23-03-2023, 14:03
    • 366

Köhnə ulduz axışı... - Mir Şahin Oktay Əliyevdən yazdı

"Real" TV-nin direktoru Mir Şahin Ağayev sosial şəbəkədə əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyevin ölümü ilə bağlı paylaşım edib.

News24.az
həmin paylaşımı təqdim edir:

KÖHNƏ ULDUZ AXIŞI..

… O qədər Yeni Ulduz qaldı Oqtaydan!?!

…. Köhnə Ulduzumuz özü axıb getdi! Xüsusilə İranın cahiliyyə qaranlığı ilə mübarizə apardığımız vaxtda bir işıq adamın itkisi çox ağır oldu! Dünyəvi dövlətdə, mədəniyyət və incəsənət ölkəsində, sivil Azərbaycanda Oqtay Əliyevin yeri həmişə görünəcək! Biz yalnız dua oxumaq üçün yox, həm də “Olum, ya ölüm?”monoloqu oxumaq üçün, Azan eşitməklə yanaşı, Ulduz görmək üçün də Səmaya baxmalıyıq! Qoy Onun Ulduzları heç vazt sönməsinlər! Qaranlıqları yarsınlar! Onda qəbri də nur, işıq içində olacaq! Allah rəhmət eləsin!