22 yaşlı oğlan həmkəndlisini - BIÇAQLADI

22 yaşlı oğlan həmkəndlisini - BIÇAQLADI Hadisə
Dünən saat 18 radələrində Qax rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün  müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.