Valideynlər övladlarının sosial şəbəkə hesablarına nəzarət edə biləcək
    • 24-03-2023, 11:15
    • 203

Valideynlər övladlarının sosial şəbəkə hesablarına nəzarət edə biləcək

Amerika Birləşmiş Ştatlarının Utah ştatında 18 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulacaq.

News24.az xəbər verir ki, sözügedən şəxslər yalnız valideynlərinin icazəsi ilə sosial şəbəkələrə daxil ola biləcək.

Qanun layihəsi valideynlərə övladlarının onlayn hesablarına, o cümlədən şəxsi mesajlarına tam giriş imkanı verəcək.

Qeyd edək ki, valideynlər tətbiq edilən qadağalarla razılaşmasa belə, uşaqların axşam saat 22:30-dan sonra sosial medialardan istifadə qadağası tətbiq ediləcək. Bu məhdudiyyətin tətbiqindən sonra sosial media şirkətləri artıq uşaqların məlumatlarını toplaya və reklam məqsədləri üçün istifadə edə bilməyəcəyi deyilib. 

Qumral Əliyeva