-
- 24-03-2023, 20:39
- 483
Bu şəxslərə oruc tutmaq olmaz - Direktordan xəbərdarlıq
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə xəbərdarlıq edib.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova həmin şəxslərə Ramazan ayında oruc tutub-tutmamaq barədə mütləq kardioloqla məsləhətləşməyi tövsiyə edib.
"Oruc tutulmağı qərar verildiyi halda isə dərmanları hansı qaydada qəbul etməyi kardioloqunuzla məsləhətləşməli, orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət edilməlidir”, - Gülnaz Dadaşova bildirib.
Müraciətdə bildirilir ki, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar oruc tutmamalıdırlar: "İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir".
Həmçinin bildirlib ki, son 6 ayda balon, stent va ya baypass əməliyyatı, infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdır. /Bakupost.az/