Azərbaycanda da 16 yaşadək uşaqların sosial şəbəkədən istifadəsi qadağan oluna bilər
Sosial
16 yaşına çatmayan şəxslərin sosial şəbəkə platformalarında hesab yaratmasına dair məhdudiyyətlərin tətbiqi məsələsinin ictimai müzakirəyə çıxarılması təklif edilib.
News24.az xəbər verir ki, bu təşəbbüs Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Kamal Cəfərov tərəfindən səsləndirilib.
Deputat qeyd edib ki, gələn il müvafiq dövlət qurumlarının iştirakı ilə bu mövzuda xüsusi dinləmənin keçirilməsi mümkün hesab olunur.