Rusiya Ermənistanda hərbi təlimə başladı
    • 23-07-2018, 12:53
    • 823

Rusiya Ermənistanda hərbi təlimə başladı

Rusiya Ermənistanda yerləşən Gümrü hərbi bazasında təlimlərə başlayıb.

News24.az  "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, təlimdə 3 mindən çox hərbçi,  təxminən 500 texnika , qırıcı və pilotsuz aviasiya iştirak edəcək.  Texniki məşqlər iyulun 28-ə kimi davam edəcək. 

Xatırladaq ki, bir neçə gün öncə Rusiya tərəfi Ermənistanın Panik kəndi ərazisində xəbərdarlıq etmədən atış təlimləri keçirmiş, hadisə nəticəsində kənd əhalisi qorxuya düşərək, kəndi tərk etmişdi.

Politoloqlar bu məsələni əslində Putinin Paşinyana xəbərdarlıq mesajı kimi dəyərləndirmişdilər.

İlhamə