KİV: Ermənistanda təbii qazın qiyməti bahalaşacaq
    • 13-12-2018, 13:45
    • 1 072

KİV: Ermənistanda təbii qazın qiyməti bahalaşacaq

Ermənistanda təbii qazın qiyməti bahalaşacaq.

Məlumatı “Jamanak” qəzeti yayıb.
Bildirilib ki, Rusiya ilə təbii qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqlar aparılmır: “Bu isə o deməkdir ki, 2019-cu il yanvarın 1-dən Rusiya qazı Ermənistana daha baha qiymətə satacaq. Bu da istehlakçılara baha qiymətə başa gələcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın dekabrda Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini yenidən müzakirə etmək niyyətində olması barədə məlumat yayılmışdı. Ancaq bu müzakirə baş tutmayıb. Ermənistanda yeni hökumət 2019-cu il yanvarında formalaşdırlacaq.
Xatırladaq ki, Rusiya Ermənistana min kubmetr qazı 150 dollara satır.

//Report