“Formula 1” 2023-cü ilə qədər Bakıda keçiriləcək”
    • 5-02-2019, 10:21
    • 1 055

“Formula 1” 2023-cü ilə qədər Bakıda keçiriləcək”

"Formula-1 və Gənclər və İdman Nazirliyi arasında yeni müqavilə imzalanıb".

Bu sözləri nazir Azad Rəhimov deyib. O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan yarışları 2023-cü ilə qədər təşkil edəcək: "Yeni müqaviləyə imza atılıb və bunu rəsmi şəkildə Formula-1-in saytında görmək olacaq. Bu isə o deməkdir ki, müqavilə daha 3 il artırılır. Əvvəlki müqaviləyə görə yarış 2020-ci ilə qədər təşkil ediləcəkdi".

//Qafqazinfo