Hacı Nuranın səhhətində problem yarandı
    • 25-03-2023, 12:10
    • 1 423

Hacı Nuranın səhhətində problem yarandı

Aparıcı Hacı Nuranın səhhəti yenidən pisləşib.

News24.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Hacı Nuran bildirib ki, hazırda Almaniyada müayinəyə yollanıb:

"Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Bu gün yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var! Müalicəm davam edir".