Parkda avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
    • 12-05-2024, 18:57
    • 216

Parkda avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, o, insanların istirahət etdiyi Mingəçevir şəhərində yerləşən “Dostluq” parkına nəqliyyat vasitəsi ilə daxil olaraq ictimai qaydanı nümayişkəranə şəkildə pozub və şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ki qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əsədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs edilib.