-
- 27-03-2023, 15:16
- 204
Luvra giriş bağlandı
Parisdə Luvr muzeyinin əməkdaşları mübahisəli pensiya islahatının ləğv edilməsi tələbi ilə tətil elan edib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, nəticədə muzeyə giriş bağlanıb.
Luvr Muzeyinin rəsmi internet saytında verilən açıqlamada etirazlar səbəbindən muzeyin bu səhər açıla bilməyəcəyi qeyd edilib:
"Fransada tətillər səbəbilə muzey bu səhər açıla bilməyəcək. Yaranmış narahatçılığa görə üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik".
Xatırladaq ki, Fransada pensiya yaşının mərhələli şəkildə artırılması səs verməyə qoyulmadan qəbul edildiyi üçün əhalinin narazılığına səbəb olmuşdu. Buna etiraz edən parislilər küçələrə axışmışdı.
Qumral Əliyeva