Paris altı milyon siçovul üçün bufetə çevrildi - FOTOLAR
    • 15-03-2023, 12:44
    • 215

Paris altı milyon siçovul üçün bufetə çevrildi - FOTOLAR

Fransanın paytaxtı Parisin küçələri tullantılarla dolub-daşır.

News24.az xəbər verir ki, buna səbəb təmizlik işçilərinin 10 gündür tətil etməsidir. Son açıqlamalarda tətilin martın 20-dək davam edəcəyi bildirilib.

"Associated Press" agentliyi küçələrdə 7 min tondan çox zibilin yığıldığını qeyd edib. 

"Europe1" radiosunun şərhçisi bildirib ki, Paris şəhərdəki altı milyon siçovul üçün bufetə çevrilib.  

Hazırda siçanların və tarakanların artması ilə bağlı narahatlıq yaranıb.

Qeyd edək ki, Fransada hökumətin mübahisəli pensiya islahatına qarşı tətillər və etirazlar keçirilib. /CNN Türk/

Teymur MƏMMƏDOV