Yola qaçan uşaq aləmi bir-birinə qatdı: Sürücü şoka düşdü - VİDEO
    • 28-03-2023, 16:28
    • 200

Yola qaçan uşaq aləmi bir-birinə qatdı: Sürücü şoka düşdü - VİDEO

Yolu qaçaraq keçməyə çalışan azyaşlı sürücüyə çətin anlar yaşatdı.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə xarici ölkələrin birində baş verib. Belə ki, yolu keçən azyaşlı qəfildən “Damas” markalı avtomobilin qarşısına çıxıb. Sürücü onu vurmamaq üçün istiqamətini dəyişib. Bu zaman avtomobil iki təkər üzərinə qalxaraq sürücünü çətin vəziyyətə salıb. O, peşəkarlıq göstərərək qəzadan son anda qurtula bilib. Lakin baş verən hadisə onu şoka salıb. Sürücü avtomobildən düşərək yerdə oturub.

Yaxınlıqdakı insanlar ona yaxınlaşaraq kömək etməyə çalışıblar.