Bakıda yola çıxan ana və övladı ağır qəzaya səbəb oldu - VİDEO
    • 14-03-2022, 16:17
    • 1 823

Bakıda yola çıxan ana və övladı ağır qəzaya səbəb oldu - VİDEO

Bakıda piyadaların səbəb olduğu ağır yol qəzasının görüntüləri yayılıb.

News24.az
-ın məlumatına görə, paytaxtın mərkəzi yollarından birində qadın azyaşlı övladı ilə piyadalar üçün nəzərsdə tutulmayan yerdə yolu keçməyə çalışıb.

Bu zaman minik avtomobili onlara yol vermək məqsədilə hərəkət sürətini aşağı salıb. Nəticədə arxadan gələn və düzgün ara məsafəsi saxlamayan digər avtomobil piyadalara yol verən maşına çırpılıb. Hadisə zamanı Vaz markalı daha bir avtomobilə də ciddi ziyan dəyib. Bütqn bu hadisələrə səbəb oıan piyadalar isə öz yollarına davam ediblər.

Həmin qəzanın görüntülərini təqdim edirik.