-
- 28-03-2023, 17:27
- 318
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
Xidmətdən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.
Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.