Sumqayıtda aptekdə ödəmə terminalından oğurluq oldu
    • 29-03-2023, 11:33
    • 198

Sumqayıtda aptekdə ödəmə terminalından oğurluq oldu

Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.