Mixail Qaluzin: “Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsinə hazırıq”
    • 29-03-2023, 14:13
    • 373

Mixail Qaluzin: “Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsinə hazırıq”

“Ümid edirik ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin və təşkilatın Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi məsələsi həll olunacaq”. 

News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarını, habelə KTMT-nin kollektiv təhlükəsizlik üzrə müvafiq qərar layihəsində nəzərdə tutulmuş digər yardım tədbirlərini həyata keçirməyə hazırdılar: “Biz bu işə Ermənistanın özü qədər hazırıq”.