Ermənistan KTMT-dən çıxa bilər - Paşinyan
    • 30-09-2022, 23:05
    • 603

Ermənistan KTMT-dən çıxa bilər - Paşinyan

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər".

News24.az Caliber.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

"Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, biz 2023-cü ilin fevral ayının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacağıq", - Paşinyan əlavə edib.

Baş nazir qeyd edib ki, KTMT Ermənistanı itirə biləcəyindən narahatdır:

"KTMT-də qorxu var ki, təşkilat Ermənistanı itirə bilər. Eynilə bizdə də bu qorxu var ki, Ermənistan KTMT-ni itirəcək. Bu, söz oyunu deyil”.